Menyu

Almaniyalı deputat Türkiyədə həbs edilib

Almaniyalı deputat Türkiyədə həbs edilib

Almaniyalı deputat Gökay Akbulut Türkiyəyə daxil olarkən saxlanılıb. 

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbsinə order olduğunu hava limanında öyrənən Akbulutun sərbəst buraxılması üçün Almaniya hökuməti müdaxilə edib.

Almaniyanın Frankfurter Allgemeine Zeitung (FAZ) qəzetinin xəbərinə görə, Kayseri əsilli alman deputatın saxlanılması avqustun 3-də baş verib. Almaniya Xarici İşlər Nazirliyinin “biz hadisədən xəbərdarıq” açıqlamasına baxmayaraq, həbs qərarı ilə bağlı açıqlama verilməyib.

FAZ-ın xəbərinə görə, Almaniyanın Ankaradakı səfirliyi və Antalyadakı konsulluq deputat Akbulutla yaxın əlaqədə olub. 

Almaniya hökuməti Akbulutun dərhal azad edilməsi üçün “yüksək səviyyədə, tələbkarlıq və müxtəlif kanallarla” müdaxilə edib. FAZ həmçinin bildirib ki, hadisədə ədliyyə naziri Yılmaz Tunç da iştirak edib, lakin Akbulut hakim qarşısına çıxarılıb.

Teqlər:

"Almaniyalı deputat Türkiyədə həbs edilib"

Əlaqəli Xəbərlər