Menyu

Çexiyada banan qutularında 646 kiloqram kokain tapılıb

Redaksiya
Çexiyada banan qutularında 646 kiloqram kokain tapılıb

Praqada Kletsan qəsəbəsindəki paylama mərkəzində 646 kiloqram kokain aşkar edilib. 

"Operativ Media" Çexiya DİN-ə istinadən xəbər verir ki, mərkəzin əməkdaşları banan qutularını boşaldarkən onların içərisində şübhəli bağlamalar aşkar edərək polisə müraciət ediblər.

“Yoxlama nəticəsində məlum olub ki, həmin bağlamalarda ümumilikdə 646 kiloqrama yaxın narkotik vasitə, kokain olub”.

Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, bu, Çexiyada aşkar edilmiş ən böyük qanunsuz narkotik partiyalarından biri hesab olunur.

İçində kokain olan banan qutuları Amsterdam vasitəsilə Ekvadordan Çexiyaya gəlib.

Teqlər:

"Çexiyada banan qutularında 646 kiloqram kokain tapılıb"

Əlaqəli Xəbərlər