Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğularaq ölüb
Redaksiya
Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğulub.
"Operativ Media" Ermənistan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bazar günü saat 20:17-də Göyçə gölünün 2-ci ictimai çimərliyində növbətçi olan su xilasediciləri göldə çimən bir nəfərin batdığını görüblər.
Xilasedicilər onu sudan çıxarıblar və gələn təcili yardım briqadası onun öldüyünü müəyyən edib.
Onun Ukraynanın Ermənistandakı səfirinin müşaviri olduğu məlum olub.
Teqlər:
"Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğularaq ölüb"