Almaniya XİN başçısının olduğu təyyarə Əbu-Dabiyə təcili eniş edib
Nərmin Qocamanlı
Almaniyanın xarici işlər naziri Annalena Baerboku Avstraliyaya aparması planlaşdırılan təyyarə nasazlıq səbəbindən Əbu-Dabiyə məcburi eniş edib.
"Operativ Media" xəbər verir ki, alman mətbuatında yer alan xəbərlərə görə, Baerbock-u daşıyan "Airbus 340-300" tipli təyyarə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə yanacaq doldurduqdan sonra yenidən havaya qalxıb.
Lakin havaya qalxdıqdan bir neçə dəqiqə sonra pilot təyyarədə nasazlıq aşkar edib. Təyyarə təxminən 2 saat dövrə vurduqdan sonra Əbu-Dabiyə məcburi eniş edib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer sosial şəbəkədəki paylaşımında mexaniki problemlər səbəbindən Avstraliyaya səfərlərini dayandırmalı və təhlükəsizlik səbəbi ilə Əbu-Dabiyə qayıtmalı olduqlarını söyləyib.
Teqlər:
"Almaniya XİN başçısının olduğu təyyarə Əbu-Dabiyə təcili eniş edib"