Menyu

Hindistan Çinlə münaqişə zonası olan Ladaxa 68 min əsgər göndərir

Nərmin Qocamanlı
Hindistan Çinlə münaqişə zonası olan Ladaxa 68 min əsgər göndərir

Çin və Hindistan arasında Himalay dağlarında sərhəd münaqişəsinin həllinə dair danışıqların 19-cu mərhələsi öncəsi Hindistan Hərbi Hava Qüvvələri Ladax bölgəsinin şərqinə 68 min əsgər və çox sayda hərbi texnika yığıb.

"Operativ Media" xəbər verir ki, "Hindistan Times"ın xəbərinə görə, Çin və Hindistan arasında hərbi səviyyədə davam etməsi gözlənilən görüşdən əvvəl Ladax bölgəsində hərbi aktivlik var.

Hindistan Hərbi Hava Qüvvələri Ladaxın şərqinə böyük miqdarda hərbi texnika, o cümlədən 68 min əsgər, 330 piyada döyüş maşını, 90 tank, bir neçə artilleriya silahı, yerdən havaya idarə olunan silahlar və radarlar çatdırıb.

Hindistan Hərbi Hava Qüvvələri son 3 ildə bölgəyə 9 min ton hərbi texnika daşıyıb.

Hindistan və Çin arasında sərhəd münaqişəsinin həlli üçün 19-cu danışıqların bu ay keçirilməsi planlaşdırılır.

İclasda Hindistanın baş naziri Narendra Modi və Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.

Teqlər:

"Hindistan Çinlə münaqişə zonası olan Ladaxa 68 min əsgər göndərir"

Əlaqəli Xəbərlər