Qazaxıstan və Özbəkistanın hərbi birləşmələri terrorçu ünsürlərə qarşı birgə təlim keçirib.
"Operativ Media" xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, iki ölkə arasında “Kəncər-2023” xüsusi əməliyyat təliminin ikinci mərhələsi keçirilib.
Hər iki ölkənin müdafiə nazirləri Qazaxıstanın Xəzər dənizi sahilində, Manqistau vilayətinin sərhədlərində keçirilən təlimi izləyiblər.
Mərkəzi Asiyada hərbi təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyan təlimdə Mi-8, Mİ-35 helikopterləri, SU-30SM təyyarələri və Skylark 1LEX pilotsuz uçuş aparatları ilə yanaşı çox sayda piyada döyüş maşını, artilleriya və zenit sistemlərindən istifadə edilib.
Qeyd edək ki, ayın əvvəlində Özbəkistanda birgə təlimin birinci mərhələsi keçirilib.