Menyu

Adanada meşə yanğını başlayıb

Adanada meşə yanğını başlayıb

Türkiyənin Adana vilayətinin mərkəzi Sarıçam rayonunda meşə yanğını baş verib.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aidiyyəti qurumlar yanğını nəzarət altına almaq üçün havadan və qurudan müdaxilə edir.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Xəbərdarlıqdan sonra Meşə Regional Müdirliyinə bağlı 2 təyyarə, 3 helikopter və 15 su çiləyici avtomobil bölgəyə istiqamətləndirilib.

Qruplar havadan və qurudan yanğına müdaxilə etməyə davam edir.

Teqlər:

"Adanada meşə yanğını başlayıb"

Əlaqəli Xəbərlər