Menyu

İngiltərə və Rusiya hərbi təyyarələri üz-üzə gəlib

İngiltərə və Rusiya hərbi təyyarələri üz-üzə gəlib

Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus "Eurofighter Typhoon" döyüş təyyarələri Şotlandiyanın şimalında uçan iki "Tupolev Tu-142" tipli Rusiya dəniz patrul və bombardmançı təyyarəsinə qarşılıq verib və onların keçidini izləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, RAF-a məxsus "Eurofighter Typhoon" təyyarələri, NATO-nun şimal keçid məntəqəsində yerləşən Şotlandiyanın Şetland adalarının şimalında iki Rusiya təyyarəsinin hərəkət etdiyini gördükdən sonra havaya qalxıb.

Açıqlamada, Şotlandiyanın Lossimut bazasından qalxan reaktiv təyyarələrin beynəlxalq hava məkanında Rusiya təyyarələrinin keçişini müşayiət etdiyi qeyd edilib.

"Eurofighter Typhoon" təyyarələrinin pilotları bu səhər iki uzaq mənzilli Rusiya bombardmançı təyyarəsini nəzarətdə saxlamaq üçün havaya qalxdılar. Onlar Britaniya ərazisinə qarşı hər hansı potensial təhlükəyə qarşı durmağa hazırdılar", məlumatda deyilir.

Teqlər:

"İngiltərə Rusiya hərbi təyyarələri üz-üzə gəlib"

Əlaqəli Xəbərlər