Menyu

İsrail: "Səudiyyə Ərəbistanı ilə normallaşma yaxın görünmür"

İsrail: "Səudiyyə Ərəbistanı ilə normallaşma yaxın görünmür"

"İsrail ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulması istiqamətində irəliləyiş əldə olunsa da, razılaşmanın əldə olunması yaxın zamanda mümkün deyil".

"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin Milli Təhlükəsizlik müşaviri Tzachi Haneqbi bildirib.

O, ABŞ və Səudiyyə Ərəbistanı arasında İsraillə normallaşma ilə bağlı mümkün razılaşmanın konturlarının açıqlandığı xəbərinə işarə edərək deyib: "Ağ Ev tələsik normallaşma ilə bağlı bu xəbərləri təkzib etdi və bu doğru yanaşma idi".

"İmzalanacaq heç bir şey yoxdur, lakin ABŞ və Səudiyyə Ərəbistanı arasında dialoqda əlbəttə ki, əhəmiyyətli irəliləyiş var", - Haneqbi deyib.

Qeyd edək ki, ötən həftə Wall Street Journal (WSJ) Səudiyyə Ərəbistanının "İsrailin fələstinlilərə güzəştləri, ABŞ-nin Ər-Riyada təhlükəsizlik zəmanəti verməsi və onun mülki nüvə proqramına dəstəyi" müqabilində İsraili tanıdığını bildirib. 

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə avqustun 9-da verdiyi açıqlamada xəbərin əksinə olaraq razılaşdırılmış danışıqlar seriyasının olmadığını bildirib.

“Düşünürəm ki, bu xəbər bəzi insanlarda danışıqların əslində olduğundan daha təkmil və qəti mərhələdə olduğu təəssüratını yaradıb”, – Kirbi bildirib.

İsrailin xarici işlər naziri Eli Koen isə bu açıqlamadan sonra avqustun 10-da İsrail mətbuatına verdiyi açıqlamada Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin qurulmasına dair razılığın əldə olunmasının “yaxın olduğunu” və bunun “zaman məsələsi” olduğunu iddia edib.

Teqlər:

"İsrail: \"Səudiyyə Ərəbistanı ilə normallaşma yaxın görünmür\""

Əlaqəli Xəbərlər