Rusiya: "Norveç təyyarəsinin Rusiya sərhədini pozmasının qarşısı alınıb"
"MiQ-29 qırıcı təyyarəsi Norveç təyyarəsinin Barents dənizi üzərində Rusiya sərhədini pozmasının qarşısını alıb".
"Operativ Media" xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Avqustun 14-də Rusiya hava məkanına nəzarət sistemləri Barents dənizi üzərindən Rusiya sərhədinə doğru uçan hava hədəfini aşkar edib. Şimal Donanmasının hava hücumundan müdafiə bölmələrinin növbətçi MiQ-29 qırıcı təyyarəsi hədəfi müəyyən etmək və sərhədin pozulmasının qarşısını almaq üçün havaya qalxıb”, - məlumatda deyilir.
Nazirliyin məlumatına görə, Rusiya təyyarəsinin ekipajı sərhədi keçmək istəyən təyyarənin Norveç Hərbi Hava Qüvvələrinə məxsus "P-8A Poseidon" patrul və kəşfiyyat təyyarəsi olduğunu müəyyən edib: "Rusiya qırıcısı yaxınlaşan kimi xarici təyyarə Rusiya sərhədindən uzaqlaşıb. Sərhəd pozulmayıb", - deyə məlumatda əlavə edilib.
Teqlər:
"Rusiya: \"Norveç təyyarəsinin Rusiya sərhədini pozmasının qarşısı alınıb\""