Menyu

ABŞ-də qəzet sahibi polis basqınından sonra dünyasını dəyişib

ABŞ-də qəzet sahibi polis basqınından sonra dünyasını dəyişib

ABŞ-nin Kanzas ştatında nəşr olunan həftəlik qəzetin sahibi Coan Meyer polis məmurlarının kompüterini və internet provayderini əlindən almasından bir gün sonra göz yaşları içində ölüb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə bağlanan qəzet "Marion County Record" məlumat yayıb.

Qəzet iddia edib ki, 98 yaşında dünyasını dəyişən qəzetin ortaq sahibinin "yaşına görə sağlamlığı yaxşı olub".

Qəzetin xəbərinə görə, mətbuat orqanı bağlandıqdan sonra onun sahiblərindən olan Coan Meyer yemək yeyə və yata bilməyib.

Qəzetin xəbərində həmçinin qeyd olunub ki, polisin müxbirlərin və naşirlərin evlərinə basqın etmək qərarı təkcə qanunsuz deyil, həm də Meyerin həyatının sona çatmasına səbəb olub.

Reuters, Associated Press, New York Times və Washington Post da daxil olmaqla 30-dan çox böyük media orqanı polisə açıq məktub yazaraq, axtarış üçün heç bir əsasın olmadığını bildirib və bu addımı pisləyib.

Teqlər:

"ABŞ-də qəzet sahibi polis basqınından sonra dünyasını dəyişib"

Əlaqəli Xəbərlər