Menyu

Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi 23 min dollar rüşvət almaqda ittiham edilərək saxlanılıb

Redaksiya
Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi 23 min dollar rüşvət almaqda ittiham edilərək saxlanılıb

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Xidmətə Çağırış Xidmətinin Sünik ərazi bölməsinin rəisi çağırışçını hərbi xidmətdən yayındırmağa görə rüşvət alarkən saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.

Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi və ona rüşvət verən şəxs 02.08.2023-cü il tarixdə tutularaq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim edilib. Həmin gün onlara qarşı müvafiq olaraq xüsusilə külli miqdarda rüşvət almaq və verməkdə ittiham olunub.

Korrupsiyaya qarşı mübarizə komitəsinin müstəntiqi onların barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatətlər verib və təmin edilib.

Teqlər:

"Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi 23 min dollar rüşvət almaqda ittiham edilərək saxlanılıb"

Əlaqəli Xəbərlər