Menyu

Sudanda münaqişə nəticəsində 4,3 milyon insan didərgin düşüb

Sudanda münaqişə nəticəsində 4,3 milyon insan didərgin düşüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişənin davam etdiyi Sudanda 4,3 milyondan çox insanın məcburi köçkünə çevrildiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler məlumat verib.

Məlumata görə, Sudan ordusu ilə hökumətin üsyançı elan etdiyi Çevik Dəstək Qüvvələri (HDK) arasında 15 apreldən bəri davam edən vətəndaş müharibəsi ölkədə ciddi fəsadlar törədib.

"Sudanda münaqişə başlayandan bəri 4,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmə qonşu ölkələrə gedən 900 mindən çox qaçqın, sığınacaq axtaran və Cənubi Sudana qayıtmalı olan 195 min cənubi sudanlı da daxildir", - Spindler bildirib. 

İnsanların yaşadığı bölgələrdən didərgin düşməsinin davam etməsi halında Sudan və qonşu ölkələrdəki izdihamın artacağına diqqət çəkən Spindler, münaqişə bölgələrindəki insanlara dəstəklərini davam etdirdiklərini deyib.

Teqlər:

"Sudanda münaqişə nəticəsində 4 3 milyon insan didərgin düşüb"

Əlaqəli Xəbərlər