Menyu

Britaniyada 3 nəfər Rusiya agenti olmaqda təqsirləndirilib

Britaniyada 3 nəfər Rusiya agenti olmaqda təqsirləndirilib

İngiltərədə 3 Bolqarıstan vətəndaşı Rusiya adına casusluq etdiyi üçün həbs edilib.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki,bu barədə BBC mməlumat yayıb. 

Məlumata görə, Böyük Yarmutda yaşayan Orlin Russev, Londonda yaşayan Bizer Çambazov və Katrin İvanova fevral ayında Rusiya təhlükəsizlik orqanlarına işləmək şübhəsi ilə saxlanılıblar.

Üç şübhəlinin Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya vətəndaşları olduğunu göstərən saxta şəxsiyyət vəsiqələri və sənədlər aşkar edilib. 

Russevin əvvəllər Rusiyada ticarətlə məşğul olduğu və Bolqarıstanın Energetika Nazirliyində məsləhətçi işlədiyi vurğulansa da, Çambazov və İvanovanın qonşuları tərəfindən cütlük kimi tanındığı diqqətə çatdırılıb. 

Teqlər:

"Britaniyada 3 nəfər Rusiya agenti olmaqda təqsirləndirilib"

Əlaqəli Xəbərlər