http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Liviya hökuməti fövqəladə vəziyyət elan edib (YENİLƏNİB)

15 Avqust 2023 , 22:58
Liviya hökuməti fövqəladə vəziyyət elan edib (YENİLƏNİB)

Liviya Milli Birlik Hökuməti (GNU) Tripolinin silahlı toqquşmaların baş verdiyi rayonlarında fövqəladə vəziyyət elan edib.

"Operativ Media" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Ramazan Əhməd Boujenah bildirib.

"Biz toqquşmaların olduğu bölgələrdə fövqəladə vəziyyət elan edirik və tibb işçilərinin girişini təmin etmək üçün atəşkəsə çağırırıq", - o bildirib.

Liviya Səhiyyə Nazirliyi münaqişə tərəflərini toqquşma bölgəsində mülki şəxslərə yardım göstərmək üçün evakuasiya, xilasetmə və tibbi briqadalar üçün humanitar dəhlizlər yaratmağa çağırıb.

Məlumata görə, Səhiyyə nazirinin müavini Ramazan Əbu Canah döyüşən silahlı qruplardan dinc sakinləri, həlak olanları və yaralıları təxliyə etmək üçün atəşkəs elan etməyi tələb edib. 

Liviyanın "Əl-Əhrar" telekanalının məlumatına görə, artıq 100 ailə münaqişə bölgəsindən təxliyə edilib.

Qeyd edək ki, avqustun 14-də Tripolidə "444 Briqadası" ilə "Rada" Cinayət və Terrorla Mübarizə Bölməsi adlanan qrup arasında silahlı toqquşmalar baş verib. 

Yerli mənbələrin məlumatına görə, eskalasiya "444 Briqadası" komandirinin beynəlxalq hava limanında saxlanması ilə bağlıdır. Son məlumatlara görə, toqquşmalarda 9 nəfər ölüb, 30-a yaxın adam yaralanıb. 

*** 21:59

Liviyanın paytaxtı Tripolidə Milli Birlik Hökuməti ilə Liviya Prezident Şurasına bağlı qüvvələr arasında silahlı qarşıdurma baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyinin rəsmisi məlumat yayıb.

Məlumata görə, paytaxtın bəzi yerlərində Liviya Prezident Şurasının yanında "Rada" Cinayət və Terrorla Mübarizə Bölməsi ilə Milli Birlik Hökumətinə bağlı "444 Briqadası" arasında toqquşmalar baş verib. 

Rəsmi bildirib ki, paytaxtın cənubundakı Ayn Zara rayonu yaxınlığında toqquşmalar davam edir. Şahidlərin sözlərinə görə, hər iki silahlı qrupa məxsus hərbi maşınlar paytaxtın Səlahəddin, Ayn Zara və Tarik əl-Şat rayonlarına yerləşdirilib.

Paytaxtdakı Təcili Tibbi Yardım və Dəstək Mərkəzinin rəsmilərindən biri olan Malik Mersit "Əl-Əhrar" televiziyasına bildirib ki, yaşanan təhlükəsizlik problemlərindən sonra Ayn Zara bölgəsinə çoxlu təcili yardım maşınları göndərilib. Mersit qeyd edib ki, Təcili Tibbi Yardım və Dəstək Mərkəzi paytaxtda ümumi səfərbərlik elan edib.

Qarşıdurmalarda itki olub-olmaması barədə məlumat verilməyib.

Paytaxtda baş verən qarşıdurmalara görə Tripoli Universiteti də təhsil və imtahanlarla bağlı işlərini dayandırıb.

OXŞAR XƏBƏRLƏR
TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb

İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb

TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib

TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib

XƏBƏR LENTİ
  • 10:59

    Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb
  • 10:49

    Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib 
  • 10:46

    Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
  • 10:23

    Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı olub - FAKTİKİ HAVA
  • 10:15

    VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
  • 10:14

    "Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi
  • 09:54

    Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir
  • 09:39

    "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
Menyu