Menyu

Türkiyədə 14 immiqrant xilas edilib, 23 immiqrant saxlanılıb

Türkiyədə 14 immiqrant xilas edilib, 23 immiqrant saxlanılıb

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində mühərrik hissəsində yaşanan nasazlıq səbəbindən batmaqda olan rezin qayıqdakı 14 immiqrant xilas edilib, qeyri-qanuni yollarla xaricə getməyə çalışan 23 immiqrant saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. 

Məlumata görə, rezin qayığın mühərrik hissəsində nasazlıq baş verib. Bu barədə xəbər aldıqdan sonra bölgəyə bir Sahil Mühafizə gəmisi təyin edilib.

Rezin qayıqda olan 14 immiqrant və miqrant qaçaqmalçısı hesab edilən 1 şübhəli xilas edilib.

Digər tərəfdən, Datça sahillərində Sahil Mühafizəsi qayığı tərəfindən hərəkətdə olan rezin qayıq dayandırılıb və 23 immiqrant saxlanılıb.

Qeyri-qanuni miqrantlar əməliyyatlardan sonra Bölgə Miqrasiya İdarəsinə təhvil verilib.

Teqlər:

"Türkiyədə 14 immiqrant xilas edilib 23 immiqrant saxlanılıb"

Əlaqəli Xəbərlər