Menyu

Nikaraqua Rusiyanın Ukraynadakı əməliyyatını dəstəkləyib

Nikaraqua Rusiyanın Ukraynadakı əməliyyatını dəstəkləyib

"Nikaraqua Rusiyanın Ukraynada Şimali Atlantika alyansı (NATO) qüvvələrinə qarşı qələbəsinə əmindir və Ukraynada xüsusi hərbi əməliyyatı qeyd-şərtsiz dəstəkləyir".

"Operativ Media" xəbər verir ki, bunu Nikaraqua ordusunun baş komandanı general Julio Sezar Aviles Kastillo deyib.

Komandir beynəlxalq təhlükəsizlik üzrə 11-ci Moskva konfransının iştirakçılarına videomüraciətində bildirib ki, hazırda Rusiya öz təhlükəsizliyi baxımından çətin vəziyyətlə üzləşib:

"Biz əminik ki, o, qarşısına qoyduğu bütün məqsədlərə uğurla nail olacaq və NATO qüvvələrini məğlub edə biləcək, çünki əslində Ukrayna ərazisində müharibə aparan NATO qüvvələridir". 

"Hörmətli general Rusiya müdafiə naziri Sergey Şoyqu, biz Rusiya Federasiyasına qeyd-şərtsiz dəstəyimizi və onun təhlükəsizliyini qorumaq istəyimizi bildirmək istərdik”, - Kastillo qeyd edib.

Teqlər:

"Nikaraqua Rusiyanın Ukraynadakı əməliyyatını dəstəkləyib"

Əlaqəli Xəbərlər