Menyu

Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlayır

Nərmin Qocamanlı
Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlayır

Litva hökuməti avqustun 18-dən Belarusla Tverecius və Sumskas sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, Litva Milli Radio və Televiziyasının (LRT) məlumatına görə, sərhədlərin tamamilə bağlanması ilə bağlı təfərrüatlar Polşada müzakirə olunacaq.

Xəbərlərdə açıqlamaları yer alan Litvanın daxili işlər naziri Aqne Bilotaite Baltikyanı ölkələr və Polşanın Belarusla sərhədlərini tamamilə bağlamaq imkanını müzakirə etdiklərini və detalların avqustun 28-də dəqiqləşdiriləcəyini bildirib.

LRT-nin məlumatına görə, Litva hökuməti avqustun 18-dən Belarusla "Tverecius" və "Sumskas" sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəlib.

Belarusla qalan dörd sərhəd keçid məntəqəsi, "Medininkay", "Lavoriskes", "Raigardas" və "Salcininkay" açıq qalacaq.

 

Teqlər:

"Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlayır"

Əlaqəli Xəbərlər