Menyu

Türkiyədə ağır yol qəzası baş verib, 4 nəfər ölüb

Türkiyədə ağır yol qəzası baş verib, 4 nəfər ölüb

Türkiyənin Adıyaman vilayətinin Gölbaşı yolunun 40-cı kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə minik maşını ilə pikapın toqquşması nəticəsində baş verib.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər sövq edilib.

Qəzada avtomobildə sıxışıb qalan yaralılar qruplar tərəfindən çıxarılaraq Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Teqlər:

"Türkiyədə ağır yol qəzası baş verib 4 nəfər ölüb"

Əlaqəli Xəbərlər