Menyu

Liviyanın paytaxtında toqquşmalarda ölənlərin sayı artır

Liviyanın paytaxtında toqquşmalarda ölənlərin sayı artır

Tripolidə silahlı birləşmələr arasında baş verən toqquşmalarda ölənlərin sayı 55 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Liviyanın Əl Əhrar telekanalı tibb işçilərinə istinadən məlumat yayıb.

"Tripolidə toqquşmalar nəticəsində ölənlərin sayı 55-ə çatıb, 146 nəfər yaralanıb", - telekanal bildirib. 

Daha əvvəl 27 nəfərin öldüyü, 100-dən çox yaralının olduğu bildirilmişdi.

Məlumata görə, iğtişaşlardan təsirlənən paytaxt rayonları mağaza və kafelərin açılması ilə normal həyata qayıdır.

Teqlər:

"Liviyanın paytaxtında toqquşmalarda ölənlərin sayı artır"

Əlaqəli Xəbərlər