Rusiyanın Moldovadakı konsulluğu fəaliyyətini bərpa edəcək
"Rusiyanın Moldova Respublikasındakı səfirliyinin konsulluq şöbəsi 2023-cü il avqustun 17-dən bütün konsulluq məsələləri ilə bağlı vətəndaşların qəbulunu bərpa edəcək".
"Operativ Media" xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl Moldova Xarici İşlər Nazirliyi Rusiya səfiri Oleq Vasnetsovu səfirliyin işçilərinin sayının 10 diplomat və 15 texniki işçiyə qədər azaldılması zərurəti barədə xəbərdar edib. Beləliklə, onların sayı Moldovanın Moskvadakı səfirliyində çalışan işçilərin sayına uyğunlaşdırılacaq. Kişinyov bu qərarını Rusiyanın bir sıra qeyri-dost hərəkətləri və Moldovanın daxili siyasi vəziyyətini pozmaq cəhdləri ilə əlaqələndirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moldovanın Rusiya diplomatik missiyasının işçilərini ixtisar etmək qərarı indiki Moldova rəhbərliyinin Rusiyaya qarşı qeyri-dost mövqeyinin davamıdır. O xəbərdarlıq edib ki, diplomatik təcrübəyə görə, bu cür addımlar adətən qarşılıqlı olur.
Teqlər:
"Rusiyanın Moldovadakı konsulluğu fəaliyyətini bərpa edəcək"