"Yəmənlə bağlı məhdudlaşdırıcı tədbirlər sülh nizamlanmasına kömək etmək və bölgədə siyasi qarışıqlığı qızışdırmamaq üçün istifadə edilməlidir".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
"Həmin ölkədə humanitar vəziyyət ağır olaraq qalır. Əhalinin üçdə ikisi - 21 milyon insan humanitar yardıma ehtiyac duyur, 3,2 milyonu isə ərzaq çatışmazlığı yaşayır", - Polyanski BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
"Yəmən xalqı evinin harada olmasından asılı olmayaraq, bütün ölkə ərazisində ərzaq, dərman və digər zəruri mallara maneəsiz çıxış hüququna malikdir. Humanitar yardımın çatdırılmasına məhdudiyyətlər, eləcə də humanitar personalın işinə maneələr qəbuledilməzdir", - o vurğulayıb.