Nigerdə terror aktı nəticəsində 17 əsgər həlak olub
Nigerin Mali və Burkina Faso sərhədi yaxınlığında terrorçuların pusqusuna düşən 17 Niger əsgərinin öldürüldüyünü açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Niger Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mali və Burkina Faso sərhədlərinə yaxın Boni və Torodi bölgəsində Niger ordusuna bağlı bir hərbi qrup pusquya salınıb. Hücum edənlərin ən az 17 Niger əsgərini öldürdüyü, 20 əsgəri yaraladığı bildirilib. Nazirlik Niger ordusunun müdafiəyə keçdiyini və 100-dən çox terrorçunu zərərsizləşdirdiyini bildirib.
Teqlər:
"Nigerdə terror aktı nəticəsində 17 əsgər həlak olub"