Menyu

NATO: Rusiyanın Ukrayna ilə bağlı planlarında dəyişiklik yoxdur

NATO: Rusiyanın Ukrayna ilə bağlı planlarında dəyişiklik yoxdur

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Qərbə qarşı nüvə təhlükəsi ritorikasında və bütün Ukraynanı ələ keçirmək məqsədində heç bir dəyişiklik olmadığını və NATO-nun buna qarşı Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Norveçin Arendal şəhərində keçirilən konfransda deyib.

Məlumata görə, Stoltenberq qeyd edib ki, Rusiyanın bütün Ukraynaya nəzarət etmək məqsədindən əl çəkdiyinə dair heç bir əlamət yoxdur.

O, Rusiyanın Qərbi parçalamaq, qorxutmaq və Ukraynaya dəstəyini dayandırmaq üçün nüvə təhlükəsindən istifadə etməyə davam etdiyini bildirib: "Rusiya bütün Ukraynaya nəzarəti ələ keçirmək üçün hərbi yollaların mümkünlüyünü görərsə, bunu edəcək".

"Rusiya döyüşü dayandırsa, sülh bərqərar olacaq, ancaq Ukrayna döyüşü dayandırarsa, xəritədən silinəcəyini anlamaq vacibdir", - deyə vurğulayan Stoltenberq Ukraynaya dəstəyin davam etdiriləcəyini təkrarlayıb.

“NATO-nun Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən siyasətində heç bir dəyişiklik yoxdur”, - o bildirib.

Teqlər:

"NATO: Rusiyanın Ukrayna ilə bağlı planlarında dəyişiklik yoxdur"

Əlaqəli Xəbərlər