Menyu

İran prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

İran prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin rəsmi dəvəti ilə Ər-Riyada səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bir günlük rəsmi səfər çərçivəsində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedən İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan səudiyyəli həmkarı Feysəl bin Ferhan ilə görüşüb.

Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirib. İclasda çıxış edən Abdullahiyan iki ölkə arasındakı əlaqələrlə yanaşı, Fələstin məsələsi və İslam dünyası ilə bağlı məsələləri də müzakirə etdiklərini bildirib.

O, iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və Ər-Riyaddakı təmasları zamanı ciddi və əhəmiyyətli danışıqlar apardıqlarını ifadə edib: "İki ölkə arasındakı əməkdaşlığı hər sahədə inkişaf etdirmək əzmindəyik. Regional məsələləri həll etmək üçün Səudiyyə Ərəbistanı ilə işləyə bilərik. Qonşu ölkələrlə, xüsusən də Səudiyyə Ərəbistanı ilə əlaqələrimizi gücləndirmək üçün düzgün addımlar atırıq".

Prezident İbrahim Rəisinin Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizdən rəsmi dəvət aldığını xatırladan Abdullahiyan, "Prezident bu dəvəti qəbul etdi və uyğun bir vaxtda Səudiyyə Ərəbistanına səfər edəcək. İki ölkənin xarici işlər nazirləri kimi keçirdiyimiz görüşlər və məsləhətləşmələrimiz prezidentlərin görüşü üçün lazımi hazırlıqları təmin edir", - deyə qeyd edib.
 

Teqlər:

"İran prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək"

Əlaqəli Xəbərlər