Menyu

ABŞ Suriyada terror təşkilatı PKK/YPG-yə təlim keçib

ABŞ Suriyada terror təşkilatı PKK/YPG-yə təlim keçib

Suriyanın şimal-şərqindəki Hasake vilayətində ABŞ ordusunun təşkil etdiyi hərbi təlimdə PKK/YPG terror təşkilatı və Süleymaniyyədə yerləşən Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) ünsürləri iştirak edib.

"Operativ Media" xəbər verir ki, bu çərçivədə PKK/YPG terrorçularına və KYB ünsürlərinə vertolyotlardan eniş, sabit və mobil hədəflərə qarşı tank əleyhinə raketlərdən (TOW) istifadə vəs. mövzularda təlim verilib.

Şəddadidə təlimlərini başa vuran 150 nəfərlik qrup oradan Deyr əz-Zor əyalətindəki Ömər neft yatağındakı ABŞ bazasına köçürülüb.

Ömər neft yatağındakı ABŞ bazasına köçürülən terrorçuların yaxın günlərdə hərbi texnika ilə təhciz ediləcəyi bildirilib.

Teqlər:

"ABŞ Suriyada terror təşkilatı PKK/YPG-yə təlim keçib"

Əlaqəli Xəbərlər