Menyu

Aİ-nin qaz anbarları 90 faiz dolub

Aİ-nin qaz anbarları 90 faiz dolub

Avropa İttifaqına (Aİ) üzv ölkələr təbii qaz anbarlarını təxminən 90 faiz səviyyəsində doldurublar.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Stefan de Keersmaecker Brüsseldə keçirilən mətbuat konfransında deyib.

Üzv ölkələrin 1 noyabr tarixinə qədər təbii qaz çənlərini ən az yüzdə 90 nisbətində doldurmağı hədəflədiklərini xatırladan Keersmaecker qeyd edib: "Bu gündən etibarən təbii qaz ehtiyyatları nisbəti 89,89-a çatdı".

O, Aİ ölkələrinin qaz anbarlarını doldurma öhdəliyinin əhəmiyyətinə diqqət çəkərək, çənlərin doldurulması prosesinin davam etdiyini və doğru yolda olduqlarını bildirib.

Normal dövrlərdə ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Aİ ölkələrinin 110 milyard kubmetr təbii qaz anbarı var.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə ilə Rusiyanın Aİ-yə təbii qaz nəqli kəskin şəkildə azalıb.

Teqlər:

"Aİ-nin qaz anbarları 90 faiz dolub"

Əlaqəli Xəbərlər