Menyu

Braziliyada 230 milyon il əvvəl yaşamış sürünən tapılıb (FOTO)

Braziliyada 230 milyon il əvvəl yaşamış sürünən tapılıb (FOTO)

Braziliyanın cənubunda yerləşən Rio Grande do Sul əyalətindəki düyü fermasında 230 milyon il əvvəl yaşadığı deyilən nəhəng əlləri və uzun caynaqları olan qədim sürünən fosili aşkar edilib.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, fosili Santa Maria Federal Universitetinin paleontoloqu Rodriqo Müller və komandası aşkar ediblər.

Təxminən 230 milyon il əvvəl Trias dövrünə aid edilən sürünənlərin böyük və iti dimdiyi olduğu düşünülür.

Fosil hissəciklərini araşdıran tədqiqatçılar sürünənlərin təxminən 70 santimetr boyunda və təxminən 1 metr uzunluğunda olduğunu bildiriblər.

Sürünənlərin dinozavrlar dövründə pterozavrların öncüsü olan "lagerpetid" sürünən növü olduğu qeyd edilib.

Tədqiqatçılar sürünənlərə “Venetorapter gassenae” adını veriblər.

Teqlər:

"Braziliyada 230 milyon il əvvəl yaşamış sürünən tapılıb (FOTO)"

Əlaqəli Xəbərlər