Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, danışıq zamanı Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) hökumətinin“Pile-Yiğitler Yolu” layihəsi və Qara Dəniz Taxıl Təşəbbüsü müzakirə edilib.
Belə ki, Fidan həmsöhbətini ŞKTC hökumətinin “Pile-Yiğitler Yolu” layihəsi ilə bağlı məlumatlandırıb.
Görüşdə Qara Dəniz Taxıl Təşəbbüsü də müzakirə olunub.