Menyu

ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiya qəbul edib

ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiya qəbul edib

ABŞ administrasiyası rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsində əli olan 4 nəfərə sanksiya tətbiq etdiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada, Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) 3 il əvvəl Navalnının zəhərlənməsinə görə Rusiyanın məsuliyyət daşıması məqsədilə yeni addım atdığı bildirilib.

Navalnının 2021-ci ilin yanvarında Rusiyaya qayıdarkən həbs olunduğunu xatırladan bəyanatda onun avqustun 4-də “ekstremizm” ittihamı ilə 19 il müddətinə azadlıqdan məhrum edildiyi xatırladılıb.

Bəyanatda OFAC-nın Navalnının zəhərlənməsində əli olan Aleksey Aleksandroviç Aleksandrov, Konstantin Kudryavtsev, İvan Vladimiroviç Osipov və Vladimir Aleksandroviç Panyayevə qarşı sanksiyalar tətbiq edəcəyi bildirilib. 

Qeyd edilib ki, bu şəxslər 2021-ci ildə də sanksiyalar siyahısına daxil edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər