Ankara: "Gəmiyə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq etdik"
Ankara Palau bayrağının dalğalanmasına baxmayaraq, türk şirkətinə məxsus gəmi ilə bağlı insident barədə sükutunu pozub.
"Operativ Media" xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Ukraynanın cənubunda yerləşən İzmail limanına gedən bir türk şirkətinə məxsus yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya "uyğun dildə xəbərdarlıq edildiyini" açıqlayıb.
Belə ki, bazar günü rus əsgərləri Ukraynanın cənubundakı İzmail limanına gedən yük gəmisinə xəbərdarlıq atəşi açıb.
"Rusiyadakı həmsöhbətlərimizə Qara dənizdə gərginliyi artıra biləcək bu cür cəhdlərdən çəkinmələri barədə xəbərdarlıq edilib", - bəyanatda deyilir.
"Şükrü Okan" adlı gəmiyə basqının Türkiyə ərazi sularında deyil, beynəlxalq sularda həyata keçirildiyi bildirilib: "Gəminin sahibi türk olsa belə, gəmi Türkiyə bayraqlı gəmi deyil".
Teqlər:
"Ankara: \"Gəmiyə müdaxilə ilə bağlı Rusiyaya xəbərdarlıq etdik\""