http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İqtisadiyyat Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

18 Avqust 2023 , 16:28
İqtisadiyyat Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Oybek Xamrayevlə görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, nazir müavini Sahib Məmmədov  ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, xalqlarımızı dostluq münasibətləri, ortaq tarix, adət-ənənələr, mədəniyyət və dəyərlər birləşdirir. Dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər ölkələrimiz arasında tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

Ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığını inkişaf etdirmək məqsədilə görülən işlərə gəlincə, diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası iyul ayında Şuşada keçirilib və iclasdan ötən dövr ərzində önəmli işlər görülüb, Özbəkistan şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.

Bildirilib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi artıb. Bununla belə, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması barədə hökumətlərarası Sazişdə yer alan məsələlər qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin artırılmasına, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.  

Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Oybek Xamrayev ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsində marağını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirləri, imzalanan sənədlərin əhəmiyyətini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb.

Görüşdə iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanları müzakirə olunub.

 

OXŞAR XƏBƏRLƏR
ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

XƏBƏR LENTİ
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
Menyu