Menyu

ABŞ İnstitutu: Şimali Koreyanın ballistik raket sınağı Rusiya ilə əməkdaşlığın nəticəsidir

ABŞ İnstitutu: Şimali Koreyanın ballistik raket sınağı Rusiya ilə əməkdaşlığın nəticəsidir

Şimali Koreyanın iyulun 12-də "Hwasong-18" qitələrarası ballistik raketini sınaqdan keçirməsinin böyük ehtimalla Rusiya ilə texniki əməkdaşlığının nəticəsi olduğu irəli sürülüb.

"Operativ Media" xəbər verir ki, bu, "NBC News"un əldə etdiyi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında qeyd olunub.

Bildirilib ki, Şimali Koreyanın sınaqdan keçirdiyi "Hwasong-18" raketinin ölçüləri və uçuş məsafəsi haqqında məlumatlar Rusiyanın "Topol-M" qitələrarası ballistik raketi ilə demək olar ki, eynilik təşkil edir.

"Şimali Koreyanın bu sınağı həm də "Hwasong-18"in Vaşinqtona qədər çoxlu sayda termonüvə döyüş başlığı göndərmək qabiliyyətini nümayiş etdirdi", - məlumatda deyilir.

Massaçusets Texnologiya İnstitutunun (MIT) elm, texnologiya və milli təhlükəsizlik siyasəti üzrə professoru Teodor A. Postol mövzu ilə bağlı bildirib: "Bu qabaqcıl imkanların qəfil ortaya çıxmasını Rusiya hökuməti və alimlərinin əməkdaşlığı olmadan izah etmək çətindir".

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Asiya və Koreya üzrə baş vitse-prezidenti Viktor Ça deyib: “Tarixən Rusiya Koreya yarımadasında həmişə çox fəal və fürsətçi tərəf kimi çıxış edib və onlar burada bir fürsət görürlər”.

"Rusiyanın sursata ehtiyacı var. Şimali Koreyanın isə 1,1 milyonluq ordusu mövcuddur və onun ballistik raketlərə və ballistik raket texnologiyasına ehtiyacı var", - Ça əlavə edib. 

Teqlər:

"ABŞ İnstitutu: Şimali Koreyanın ballistik raket sınağı Rusiya ilə əməkdaşlığın nəticəsidir"

Əlaqəli Xəbərlər