Menyu

Moldova MDB sərhəd qoşunlarına dəstək sazişindən çıxıb

Moldova MDB sərhəd qoşunlarına dəstək sazişindən çıxıb

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının 1992-ci il mayın 15-də keçirilən iclasında imzalanmış Sərhəd Qoşunlarının silahla təchizatının prinsipləri haqqında Sazişdən çıxmaq barədə qərar qəbul edib.

"Operativ Media" xəbər verir ki, müvafiq qanun layihəsi təsdiq olunması üçün ölkə parlamentinə təqdim edilib.

"Moldova Respublikası MDB-yə üzv dövlətlərin sərhəd qoşunlarının dəstəyi ilə bağlı məsələlər üzrə əməkdaşlıq mexanizmlərini müəyyən edən sazişi denonsasiya edir", - parlamentin mətbuat xidmətinin bəyanatında deyilir.

Moldova Daxili İşlər Nazirliyi, öz növbəsində, müqavilənin imzalanmasından qısa müddət sonra Kişinyov üçün əhəmiyyətini itirdiyini və ona əməl olunmadığını bildirib.

Qeyd edək ki, Moldova parlamenti ilin əvvəlindən MDB-nin səkkiz sazişini denonsasiya edib. Daha altı sazişin ləğvi ilə bağlı qərarlar təsdiq olunmaq üçün parlamentə təqdim edilib.

Teqlər:

"Moldova MDB sərhəd qoşunlarına dəstək sazişindən çıxıb"

Əlaqəli Xəbərlər