Menyu

Moskva Ukrayna hərbçilərini hakimiyyətə qarşı silaha sarılmağa çağırıb

Moskva Ukrayna hərbçilərini hakimiyyətə qarşı silaha sarılmağa çağırıb

Moskva Ukrayna əsgərlərini Kiyev rejiminə qarşı səfərbər olmağa və ya Rusiya qüvvələrinə təslim olmağa çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasında qeyd edilib.

“Ölkələrini zəbt etmiş qanqsterəbənzər xuntanın bütün cinayət mahiyyətini dərk edən Ukrayna əsgərlərinə qətiyyətlə tövsiyə edirik ki, silahlarını rejimə qarşı çevirsinlər, ya da bizim qüvvələrimizə təslim olsunlar. Belə hallarda hamıya layiqli, humanist münasibət təmin ediləcək”, - diplomat qeyd edib.

Sözçü vurğulayıb ki, Rusiya İstintaq Komitəsi ukraynalı yaraqlıların Rusiyanın bölgələrini atəşə tutması, eləcə də onların digər cinayət əməlləri ilə bağlı bütün faktları araşdırır.

“Toplanılan sübutlara əsasən, Rusiya məhkəmələri silahlı münaqişədə qanunsuz üsullardan istifadə edən, yaralı hərbi əsirləri amansızcasına öldürən, mülki şəxslərə qarşı cinayətlər, o cümlədən siyasi və ideoloji motivli qətllər törədən ukraynalı neonasistlərə qarşı hökmlər çıxarır”, - o, əlavə edib.

Teqlər:

"Moskva Ukrayna hərbçilərini hakimiyyətə qarşı silaha sarılmağa çağırıb"

Əlaqəli Xəbərlər