Rusiya İnterpolla bağlı açıqlama verib
Rusiya Daxili İşlər Nazirliyi İnterpolun Rusiyadakı fəaliyyətinin dəyişdirilməsi ilə bağlı qərarın qurumun fəaliyyətini məhdudlaşdırmayacağını bəyan edib.
"Operativ Media" xəbər verir ki, Nazirliyin “Rusiya Daxili İşlər Nazirliyi aydınlıq gətirir” başlığı ilə verdiyi açıqlamada bu gün İnterpolun Rusiyadakı fəaliyyəti ilə bağlı müxtəlif qərarların qəbul edildiyi xatırladılıb.
Qərarların İnterpolun Rusiyadakı fəaliyyətini məhdudlaşdırmayacağı qeyd edilib: "Rusiya Daxili İşlər Nazirliyi İnterpolun əməliyyatlarının və rəsmi fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı mövcud proseduru dəyişdirmir".
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin bu gün qəbul etdiyi qərarda İnterpolun ölkədə əməliyyat və təhqiqat fəaliyyəti həyata keçirəcək qurumların arasında yer almaması İnterpolun Rusiyadakı fəaliyyətinin məhdudlaşdırılması kimi şərh edilib.
Rusiya 1990-cı ildə beynəlxalq cinayətlə mübarizə aparan İnterpola qoşulub.