Mişel ilə Nigerin devrilmiş prezidenti Bazum arasında telefon danışığı olub
"Nigerdə hərbi müdaxilə ilə devrilən prezident Məhəmməd Bazumun saxlanma şəraitinə görə vəziyyətinin pisləşməsi ciddi nəticələr verəcək".
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel deyib.
Avropa İttifaqı Şurasının sədri Mişel ilə Niger Prezidenti Bazum arasında telefon danışığı olub. Bazum Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ilə hərəkət etmək əzmini vurğulayıb, Mişel isə Aİ-nin ECOWAS-ın qərarlarına tam dəstəyini təkrarlayıb.
Mişel bəyan edib ki, Aİ “çevrilişi” pisləyir və hərbi xuntanı tanımayacaq. İkili sıx əlaqə saxlamağa razılaşıblar.
Mişel Bazumun saxlanma şəraitinin pisləşməsinə də toxunub: “Prezident Bazumun vəziyyətinin pisləşməsinin ciddi nəticələri olacaq”.
Teqlər:
"Mişel ilə Nigerin devrilmiş prezidenti Bazum arasında telefon danışığı olub"