Rusiya 54 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyub
Moskva 54 Böyük Britaniya vətəndaşının Rusiyaya girişini qadağan edən "stop-list"ini genişləndirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Siyahıyakı Böyük Britaniya vətəndaşları arasında BBC, Guardian Media Group, Daily Telegraph qəzetlərinin jurnalistləri, həmçinin Rusiya rəhbərliyinin həbsinə order verilməsində iştirak edən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xan da var.
"Stop-list"ə Britaniyanın özəl hərbi və kəşfiyyat şirkəti olan “Prevail Partners”in rəhbərliyi də daxil edilib.
"Mövcud məlumatlara görə, bu şirkətin nümayəndələri təxribat və kəşfiyyat qruplarının döyüş bölgəsində yerləşdirilməsi üçün dəfələrlə Kiyevə səfər ediblər", - Rusiya xarici siyasət agentliyi qeyd edib.
Teqlər:
"Rusiya 54 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyub"