Almaniya Bolqarıstan və Rumıniyanın Şengen üzvlüyünü ratifikasiya edə bilər
Almaniya Bolqarıstan və Rumıniyanın Avropada vizasız və sərhədsiz gediş-gəliş imkanı verən Şengen zonasına daxil olmasını təsdiqləməyə hazırdır.
"Operativ Media" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.
Şolts Avstriyanın Zalsburq şəhərində Avstriya kansleri Karl Nehammer ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Şolts Almaniyanın Avropa Birliyinin (AB) daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib: "Bura, əlbəttə ki, AB-yə üzv ölkələrin Şengen zonasına qoşulma imkanları da daxildir. Biz Bolqarıstan və Rumıniyanın Şengenə qoşulmasına razılıq verməyə hazırıq".
Baş nazir Şolts ölkəsinə gələn qeyri-qanuni miqrantların sayının artması səbəbindən Almaniya-Avstriya sərhədində nəzarətin zəruri olduğunu bildirib.
Avstriya kansleri Nehammer qeyri-qanuni miqrantlar məsələsində Almaniya ilə hərəkətə keçmək istədiklərini bildirərək, AB-nin xarici sərhədlərinin effektiv şəkildə qorunması mövzusunda Şolts ilə həmfikir olduqlarını ifadə edib.
İki baş nazir Almaniya və Avstriya arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirəcəklərini də qeyd ediblər.
Teqlər:
"Almaniya Bolqarıstan və Rumıniyanın Şengen üzvlüyünü ratifikasiya edə bilər"