NASA-dan sonra türk alimləri də kosmosda bitki yetişdirəcək
Türkiyənin ilk insanlı kosmos missiyası zamanı həyata keçiriləcək layihədə kosmos mühitindəki bitkilərə genetik müdaxilə ediləcək və bu müdaxilənin effektivliyi istiqamətində müşahidə aparılacaq.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumiyyətlə səyahət zamanı universitetlər və tədqiqat qurumları tərəfindən hazırlanan 13 fərqli təcrübə həyata keçiriləcək.
Türkiyə Kosmik Agentliyi (TUA) və TÜBİTAK Kosmos Texnologiyaları Araşdırma İnstitutu tərəfindən müəyyən edilən təcrübələrdən biri də “Mikro Cazibə Altında Bitkilərdə CRISPR Gen Dəyişmə Effektivliyinin Araşdırılması” adlı missiya olacaq.
Layihənin məqsədi molekulyar biologiyanın müasir gen dəyişmə üsullarından biri olan CRISPR texnikasının mikro cazibə mühitində bitkilər üzərində effektivliyini araşdırmaq və kosmosda gen transferi və genetik manipulyasiyanın həyata keçirilə biləcəyini yoxlamaqdır.
Teqlər:
"NASA-dan sonra türk alimləri də kosmosda bitki yetişdirəcək"