http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

DAK Fərid Səfərlinin həbsini pisləyib

20 Avqust 2023 , 14:53
DAK Fərid Səfərlinin həbsini pisləyib

Dünya Azərbaycanlıları Konqresi (DAK) İranda azərbaycanlı tələbə Fərid Səfərli barəsində çıxarılmış məhkəmə hökmünü pisləyib.

DAK-dan "Operativ Media"ya verilən məlumata görə, bununla bağlı Konqresin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir:

"Bu ilin fevralında İranda itkin düşən və sonradan casusluq ittihamı ilə həbs olunduğu bildirilən Azərbaycan vətəndaşı Fərid Səfərli məhkəmə belə keçirilmədən 2 il müddətinə azadlıqdan məhrum edilib. İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb”.

Qeyd edilir ki, bu hadisə eləcə də digər olaylar Tehran rejiminin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı düşmənçilik niyyətini bir daha ortaya qoyub:

“Bu, Azərbaycan vətəndaşlarının İran hakimiyyətinə etibarını hədsiz şəkildə azaldıb. Fərid Səfərliyə bəraət verilib Azərbaycana təhvil verilməsini təmin etməzsə, Tehran terrorçu rejim olması ilə bağlı ünvanına deyilənləri bir daha təsdiqləmiş olacaq. Çünki insan oğurluğu, xarici ölkə vətəndaşını girov götürmək kimi əməllər terrorçuya, cinayətkara xasdır. İran hazırda bu ölkəyə müalicə, təhsil, ticarət, turist səfəri edən Azərbaycan vətəndaşınlarına potensial casus kimi baxır. SEPAH-a bağlı xüsusi şəxslər bu insanlarla müxtəlif yollarla təmasa keçib onlara sonda casusluq təklif edir, rədd cavabı aldıqda isə "azərbaycanlı casus" yaradıb, onu həbs etmək yoluna baş vurur”.

Qeyd edilir ki, İran bununla həm də diqqəti öz üzərindən yayındırmağa, əsl üzünü gizlətməyə cəhd edir: “İran bu gün dünyada terrora dəstək verən ölkə kimi tanınır. Təsadüfi deyil ki, bu gün molla rejiminin Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı "hizbullahçı" strukturları aktiv şəkildə fəaliyyət göstərir. İran bu strukturları Cənubi Qafqaza da tətbiq etmək istəyir”.

OXŞAR XƏBƏRLƏR
“Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb

“Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb

Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək

XƏBƏR LENTİ
  • 15:12

    Zərifə Əliyeva küçəsində hərəkət zolaqları yenilənib
  • 15:10

    Azərbaycan klubu ispan oyunçu transfer etdi
  • 15:10

    AYNA: Hazırda paytaxtın 28 küçə və prospektində avtobus zolağı fəaliyyət göstərir
  • 15:10

    "Məkan Təminat" MMC məcburi auditdən yayındığına görə cərimələnib
  • 15:06

    Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
  • 15:05

    “Gələcəyin Sammiti”ndə bir qrup xarici QHT COP29-da inklüzivliyi müdafiə edən bəyanat yayıb
  • 14:40

    Sabah Cəbrayıla 36 ailə köçürüləcək
  • 14:37

    Şuşada keçiriləcək şahmat turnirinin iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər
Menyu