"Şəfa"nın yoxlama oyunu keçirəcəyi rəqiblər bəlli oldu
Operativ Media
“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirəcək.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisinin ilk matçı iyulun 17-də “İmişli”yə qarşı olacaq. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv iyulun 25-də Qəbələdə eyniadlı komandanın qonağı olacaq. İyulun 31-dəki sınaq oyunununda “Şəfa” “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Avqustun 7-də isə iki oyunun baş tutması planlaşdırılır. Səhər saatlarında “Neftçi-2” ilə üz-üzə gələcək komandanın axşamkı rəqibi isə “Qarabağ-2” olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net