"Əl-Hilal" Harri Keyni transfer etmək niyyətindədir
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keynin keçidini nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, Səudiyyə təmsilçisi artıq 32 yaşlı forvardın nümayəndələri ilə ilkin təmaslara başlayıb. İngiltərəli ulduz futbolçu hələlik yekun qərarını verməyib. O, keçidə razılıq verməzdən əvvəl klubun təqdim edəcəyi idman layihəsi və maliyyə şərtləri ilə yaxından tanış olmaq niyyətindədir.
Məlumata görə, təcrübəli hücumçunun Münhen klubu ilə müqaviləsində diqqətçəkən bənd yer alıb. Belə ki, Keynin komandadakı üçüncü mövsümündə müqaviləni 65 milyon avro ödəməklə birtərəfli ləğv etmək hüququ var. Bildirilir ki, hazırda rəsmi tərəflər arasında hər hansı birbaşa əlaqə qurulmayıb və "Əl-Hilal" rəhbərliyi hələlik "Bavariya" ilə danışıqlara başlamayıb.
Qeyd edək ki, Harri Keyn 2023-cü ildən Almaniya nəhənginin şərəfini qoruyur və bu müddət ərzində iki dəfə ölkə çempionluğunu qazanıb. Cari müqaviləsi 2027-ci ilin yayına qədər olan 32 yaşlı oyunçu, 2025/26 mövsümündə meydana çıxdığı 51 qarşılaşmada 61 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.