Menyu

"Real"ın gənc müdafiəçisi Viktor Valdepenyas "Fiorentina"ya keçir

Operativ Media
"Real"ın gənc müdafiəçisi Viktor Valdepenyas "Fiorentina"ya keçir

İspaniyanın "Real Madrid" klubunun gənc müdafiəçisi Viktor Valdepenyas karyerasını İtaliya A Seriyasında təmsil edən "Fiorentina"da davam etdirəcək.

Operativ Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "bənövşəyilər" 19 yaşlı ispan futbolçunun transferi üçün qarşı tərəfə 8 milyon avro təzminat ödəyəcək.

​Gənc müdafiəçi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanacaq. Razılaşmaya əsasən, "Real" oyunçunun növbəti satışından əldə olunacaq gəlirin 50 faizini alacaq, həmçinin digər klublardan gələcək transfer təkliflərinə nəzarət etmək hüququna sahib olacaq.

​Qeyd edək ki, "Real"ın yetirməsi olan Valdepenyas Madrid təmsilçisinin ikinci komandasında 46 oyunda meydana çıxaraq 3 qolla yadda qalıb. O, "kral klubu"nun əsas heyətində isə cəmi bir rəsmi görüşdə iştirak edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər