Menyu

Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşüb

Operativ Media
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşüb

İyulun 14-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Şuşa şəhərində ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının daxili işlər naziri Matuş Şutay-Eştok və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

V.Eyvazov Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, ölkədəki kriminogen durum və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Tərəflər transmilli mütəşəkkil cinayətkarlıq, narkotik və silahların qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiya və kibercinayətkarlıqla mübarizədə birgə səylərin, müasir texnologiyaların tətbiqinin və operativ informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Matuş Şutay-Eştok yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüş zamanı nazirlər daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri də iştirak ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər