Azərbaycan parataekvondoçuları dünya reytinqində yüksəlişini davam etdirir
Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.
Operativ Media xəbər verir ki, paralimpiya çempionumuz İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində 495.75 xalla liderliyini qoruyur.
58 kq çəki dərəcəsində isə Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov iyun ayında iştirak etdiyi iki turnirdə qazandığı 2 qızıl medal sayəsində reytinqini 381.15 xala yüksəldərək bir pillə irəliləyib və ikinci pilləyə yüksəlib.
63 kq çəki dərəcəsində Amin Əliyev 52.91 xalla bir pillə irəliləyərək 21-ci yerə yüksəlib. Amin Şıxalıyev isə 39.71 xalla 23-cü pillədə qərarlaşıb. Orxan Cəfərov isə 80 kq çəki dərəcəsində 45.83 xalla 24-cü pillədəki mövqeyini qoruyub.
Qadınların 47 kq çəki dərəcəsində çıxış edən Səmayə Həsənova 42.32 xalla iki pillə irəliləyərək 20-ci sıraya yüksəlib.