Menyu

"Brayton" "Tottenhem"in müdafiəçisi Luka Vuşkoviçi heyətinə qatıb

Əziz Əzizli
"Brayton" "Tottenhem"in müdafiəçisi Luka Vuşkoviçi heyətinə qatıb
1 dəq oxu

İngiltərənin "Brayton" klubu "Tottenhem"in xorvatiyalı müdafiəçisi Luka Vuşkoviçin transferini rəsmən elan edib.

​Operativ Media xəbər verir ki, 19 yaşlı futbolçu yeni klubu ilə beş illik müqavilə imzalayıb. Sözləşməyə əsasən, tərəflərin müqavilə müddətini daha bir il uzatmaq hüququ var.

​İnsayder Fabrisio Romanonun yaydığı məlumata görə, bu keçid bonuslar da daxil olmaqla "Brayton"a 50 milyon funt-sterlinqdən baha başa gəlib. İddia olunur ki, London təmsilçisi "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək üçün maliyyə vəsaiti toplamaq məqsədilə Vuşkoviçi satmağa razı olub.

​Xorvatiyanın "Hayduk" klubunun yetirməsi olan gənc müdafiəçi karyerası ərzində "Radomyak" və "Vesterlo" komandalarında da çıxış edib. Ötən 2025/2026 mövsümünü icarə əsasında Almaniyanın "Hamburq" klubunda keçirən Vuşkoviç, burada meydana çıxdığı 30 rəsmi oyunda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər