Menyu

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq ağır zədələnib

Operativ Media
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq ağır zədələnib
1 dəq oxu

İspaniyanın "Barselona" klubunun niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq dizindən ciddi xəsarət alıb.

​Operativ Media xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Məlumata görə, 29 yaşlı futbolçu bu zədəni Niderland millisinin heyətində, 2026-cı il dünya çempionatında çıxış edərkən alıb. Təcrübəli oyunçu mundialda yığmasının keçirdiyi hər dörd qarşılaşmada meydanda olub.

​Bildirilir ki, de Yonqun yaşıl meydanlara qayıtması və tam bərpa olunması təxminən dörd ay vaxt apara bilər.

​Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə İspaniya La Liqasında "Barselona" forması ilə 25 oyuna çıxıb, bu görüşlərdə bir qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər