Menyu

Qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Operativ Media
Qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
1 dəq oxu

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Rayon ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı S.Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarının bir qismini satdığı məlum olub.

Araşdırma davam etdirilir.

Əlaqəli Xəbərlər