Menyu

Zelenski F-16 tədarükünü müzakirə etmək üçün Hollandiyaya səfər edib

Zelenski F-16 tədarükünü müzakirə etmək üçün Hollandiyaya səfər edib

Ukrayna prezidenti Volodimir Zelenski digər məsələlərlə yanaşı Ukraynaya F-16 qırıcılarının tədarükü məsələsini də müzakirə etmək üçün Hollandiyaya rəsmi səfərə gedib.

"Operativ Media" xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" hesabında yazıb.

"Birinci xanım və komanda ilə birlikdə Hollandiyaya gəldik", - o bildirib.

"Həmişə olduğu kimi, biz Hollandiyanın baş naziri Mark Rutte ilə əsaslı danışıqlara hazırıq. Gündəmdəki əsas məsələ Ukraynaya F-16 tədarükləridir", - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, Zelenski şənbə günü İsveçə rəsmi səfər edib və burada Gripen qırıcılarının Ukraynaya mümkün tədarükünü müzakirə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər